lider-media.az

Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığın inkişafı müzakirə olunub

Baxış: 160 Tarix: 13-06-2025, 15:32

İqtisadiyyat Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə videokonfrans formatında görüş keçirib.

Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətlərinin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, BƏƏ ilə iqtisadi-ticarət sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında "Abşeron" qaz-kondensat yatağının birgə işlənməsi, "Masdar" şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqlar qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında investisiya, enerji, sənaye, rəqəmsal həllər, nəqliyyat, qida təhlükəsizliyi və digər sahələr üzrə işbirliyinin inkişafı imkanları genişdir.

Tərəflər sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafı, təcrübə mübadiləsi və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqi barədə fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi