Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.
Layihə çərçivəsində respublika əhəmiyyətli Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolu ilə birləşən Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndlərinin ümumi uzunluğu 17 kilometr olan avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur. Yenidənqurma işlərinin əsas məqsədi sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin yük və sərnişin daşımalarının səmərəliliyini artırmaqdır.
Tikinti işləri layihəyə uyğun olaraq texnoloji ardıcıllıqla və yüksək keyfiyyət standartlarına əsasən həyata keçirilir. Bu məqsədlə əraziyə zəruri sayda canlı qüvvə və müasir texnika cəlb olunub. Avtomobil yolları IV texniki dərəcəyə uyğun şəkildə inşa edilir. Hazırda “İnşaat Norma və Qaydaları”na əsasən, Mollalı, Dəymədərə və Tərkeş kəndləri ərazisində torpaq işləri, yol yatağının genişləndirilməsi, eləcə də suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə çərçivəsində, mövcud körpülərin təmiri və bərpası da nəzərdə tutulur. Son mərhələdə isə avtomobil yolunda yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Bütün işlər tamamlandıqdan sonra yol müasir standartlara uyğun şəkildə vətəndaşların istifadəsinə veriləcək.






ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı