lider-media.az

Laçına köçürülmüş şəxslərdən artıq 1150 nəfər məşğulluq tədbirlərinə cəlb edilib

Baxış: 144 Tarix: 13-06-2025, 15:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

Bu tədbirlər Laçın rayonuna köçürülmüş şəxsləri də əhatə edir. Həmin sakinlərdən artıq 1150 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:

  • 1104 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 66 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb),
  • 46 nəfər isə peşə kurslarına cəlb olunub.

Laçına köçürülmüş daha bir qrup sakinin də məşğulluğuna dəstək işləri aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi