lider-media.az

Azərbaycan və Türkiyənin hesablama palataları İğdır-Naxçıvan qaz kəməri layihəsinin auditi barədə razılığa gəlib

Baxış: 595 Tarix: 29-04-2024, 22:44

Lider-media.az xəbər verir ki, müvafiq protokol aprelin 29-da Türkiyənin İğdır vilayətinin Aralıq rayonundakı “BOTAŞ” neft-qaz şirkətinin stansiyasında iki ölkənin hesablama palatalarının rəhbərləri tərəfindən imzalanıb.

Sənədi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Hesablama Palatasının rəhbəri Metin Yener imzalayıblar.

Sənədin imzalanması mərasimində “BOTAŞ”ın baş direktoru Əbdülvahid Fidan da iştirak edib.

“Bu təşəbbüs qardaş ölkələrin əməkdaşlığında yeni səhifə açacaq. Qaz kəməri layihəsinin auditi zamanı ən müasir nəzarət metodlarından və ən son texnologiyalardan istifadə olunacaq”, - M.Yener jurnalistlərə bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi