lider-media.az

Rəsmi Bakıdan İsrail və İrana çağırış

Baxış: 279 Tarix: 13-06-2025, 11:31

Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda tərəflər mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik yollarla həll etməyə çağırılıb:"Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi