lider-media.az

İsrail Tehranın mərkəzində nüvə alimlərini raketlə vurdu 

Baxış: 147 Tarix: 13-06-2025, 09:30

İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları nəticəsində ölkənin iki nüvə alimləri – Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi həlak olub.Bu barədə məlumatı İran mediası yayıb. Rəsmi açıqlama olmasa da, sosial şəbəkələrdə paylaşılan görüntülər və yerli mənbələrin iddiasına görə, Məhəmməd Mehdi Tehrançi birbaşa Tehranın içindəki çoxmərtəbəli mənzilində, yatdığı yerdə raketlə vurularaq öldürülüb.

Fereydun Abbasi isə İranın keçmiş Atom Enerjisi Təşkilatının rəhbəri olub və ölkənin nüvə proqramının əsas memarlarından biri sayılırdı. O da bu zərbələrdə həlak olanlar arasındadır.

Qeyd edək ki, İsrailin İrana qarşı son hücumları nəticəsində bir neçə yüksək rütbəli SEPAH komandanı ilə yanaşı, nüvə proqramının beyin mərkəzləri də hədəf alınıb. Bu isə əməliyyatın sırf simvolik yox, strateji və elmi infrastruktura qarşı yönəldiyini göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi