lider-media.az

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Baxış: 263 Tarix: 29-04-2024, 19:27

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin səmərəli təşkili istiqamətində fəaliyyət davam etdirilir.

Ombudsman Aparatının Mətbuat xidmətinin məlumatında  bildirilib ki, Milli Preventiv Mexanizm (MPM) fəaliyyətinə dair əldə edilmiş təcrübələrin mübadiləsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə ombudsman Səbinə Əliyevanın dəvəti əsasında TİHEK-in sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər müddətində Azərbaycan ombudsmanının MPM fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksinə baxış təşkil edilib. TİHEK nümayəndə heyəti yeni istifadəyə verilən müəssisənin bütün korpuslarına baxış keçirib, burada yaradılan ümumi şəraitlə, saxlanılan şəxslərin, o cümlədən ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin hüquqlarının müdafiəsi vəziyyəti ilə yaxından tanış olub.

Başçəkmə çərçivəsində, həmçinin Azərbaycan ombudsmanının MPM qismində həyata keçirdiyi fəaliyyət barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, yaxın günlərdə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyətinin şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrə MPQ üzvləri ilə birgə səfərləri, habelə bəzi rəsmilərlə görüşləri nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi