Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək, kənd təsərrüfatının inkişafını dəstəkləmək məqsədilə respublika üzrə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Kürdəmir rayonunda Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistral yolunu Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinə start verilib. Layihə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir və 12 mindən artıq əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir.
Uzunluğu 18 kilometr olan, çınqıl örtüklü mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinliklər yaradırdı. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına zərurət yaranmışdı. Yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır, bu da 6 metr hərəkət hissəsi və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir. Hazırda layihənin 4 km-lik Muğanlı hissəsində "İnşaat Norma və Qaydaları”na uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir. Eyni zamanda, yol boyunca suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır. Layihənin yekun mərhələsində hərəkətin təhlükəsiz və səmərəli təşkili məqsədilə yol nişanları, siqnal dirəkləri, kilometr göstəriciləri və dayanacaqların quraşdırılması, eləcə də yolcizgi və yolgöstərici xətlərinin, piyada keçidlərinin çəkilməsi işləri həyata keçiriləcək.







Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?