lider-media.az

Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

Baxış: 254 Tarix: 12-06-2025, 11:56

Tacikistanla torpaqların idarəedilməsi və kadastrı sahələrində əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Tacikistanın Dövlət Torpaq İdarəetmə və Geodeziya Komitəsinin sədri Xocazadə Orifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qarşılıqlı əməkdaşlıqdan məmnunluq vurğulanıb, torpaqdan istifadə və mühafizəyə dövlət nəzarəti, daşınmaz əmlakın qeydiyyatı, kadastrı, o cümlədən geodeziya sahələrində təcrübə mübadiləsi aparılıb.
Tərəflər reyestr və kadastr məlumatlarından səmərəli istifadə, milli məkan infrastrukturunun qurulması və digər potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi