lider-media.az

ETSN-də "Milli Qurtuluşdan-Şanlı Zəfərə Doğru" adlı tədbir keçirilib

Baxış: 78 Tarix: 11-06-2025, 19:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 iyun-Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr edilmiş "Milli Qurtuluşdan-Şanlı Zəfərə Doğru" adlı tədbir keçirilib. 
Yeni Azərbaycan Partiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar əvvəlcə Nazirliyin inzibati binasında yerləşən Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxışlarda 15 iyun-Azərbaycan xalqının Milli Qurtuluş Gününün ölkəmizin müstəqillik tarixindəki mühüm əhəmiyyəti vurğulanıb, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri qeyd olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş Nazirliyin əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi