lider-media.az

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində BANM-da görüş keçirilib

Baxış: 77 Tarix: 11-06-2025, 10:41

Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Bakı Ali Neft Məktəbində (BANM) ali təhsil sisteminin inkişaf perspektivlərinə dair görüş keçirilib.

Bu barədə Lider-media.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, eləcə də bir qrup tələbə və məzun iştirak edib. 

Görüşün əsas məqsədi ali təhsildə mövcud problemlərin, onların həlli yollarının və gələcək inkişaf istiqamətlərinin geniş müzakirəsi olub. Görüş zamanı ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.

Tədbir iştirakçıları  Elm və Təhsil Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib, belə formatda keçirilən görüşlərin ali təhsil müəssisələrinin inkişafında böyük rol oynadığını bildiriblər.

Görüş çərçivəsində BANM-ın rektoru Elmar Qasımov qonaqları ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir laboratoriyaları və tədris imkanları ilə tanış edib, praktiki hazırlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi