lider-media.az

Strasburq şəhərində kibercinayətkarlıq üzrə beynəlxalq konfrans keçirilmişdir

Baxış: 269 Tarix: 10-06-2025, 17:17

2025-ci il 4-6 iyun tarixlərində Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının təşkilatçılığı ilə “Octopus 2025” kibercinayətkarlıq üzrə beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə Budapeşt Konvensiyası və onun İkinci Protokolunun icrası, kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq, elektron sübutlar, süni intellektin təsiri və kriptovalyutalarla bağlı dələduzluq sxemləri kimi aktual mövzular müzakirə olunmuşdur.

Konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Mələk Əliyeva təmsil etmişdir.

Sözügedən iclasda BMT, Avropa Komissiyası, İnterpol, nüfuzlu beynəlxalq təşkilatlar, özəl sektor nümayəndələri, habelə 100-dən çox ölkənin prokurorluq və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmişdir.

Görüş çərçivəsində iştirakçılar arasında fikir və təcrübə mübadiləsi aparılmış, kibercinayətkarlıqla mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilmiş və gələcək üçün fəaliyyət prioritetləri müəyyən edilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi