lider-media.az

“Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində məktəblilər üçün ekskursiyalar keçirilib

Baxış: 301 Tarix: 10-06-2025, 15:13

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində məktəblilər üçün ekskursiyalar keçirilib. İlk ekskursiya Lənkəran şəhərində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cənub Regional Hidrometeorologiya Mərkəzinə baş tutub.
Şagirdlər ekskursiya zamanı bulud növləri haqqında məlumat əldə edib, ərazidə havanın temperaturunu ölçən qurğularla tanış olublar. Daha sonra məktəblilər Xanbulan gölü ətrafında ərazinin flora və faunası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi