lider-media.az

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində növbəti infotur təşkil olunub

Tarix: 10-06-2025, 13:11

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirakçı universitetlərin nümayəndələri üçün silsilə infoturlar təşkil olunub. İnfoturların əsas məqsədi tələbələrin və gənc mütəxəssislərin real istehsalat prosesi ilə tanışlığını təmin etmək, aqrar sahədə müasir texnologiyalar və süni intellektin tətbiqi üzrə biliklərini genişləndirməkdir.

İnfoturlarda layihədə iştirak edən 10-a yaxın ali təhsil müəssisəsinin nümayəndələri və 2 Akselerasiya Mərkəzinin təmsilçiləri iştirak edib. Gəncə şəhəri və Göygöl rayonunda keçirilən infoturlar zamanı müxtəlif istiqamətlər üzrə maarifləndirici tədbirlər və təcrübə mübadilələri həyata keçirilib. 

30 may tarixində iştirakçılar Gəncə Avtomobil Zavoduna səfər edərək müəssisənin istehsal sahəsi, logistik imkanları və aqrar sektorda istifadə olunan texnikaların hazırlanma prosesi ilə yaxından tanış olublar. Eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetində universitet rəhbərliyi ilə rəsmi görüş keçirilib. Görüşdən sonra iştirakçılar universitetin tədris korpusları, elmi-tədqiqat laboratoriyaları və aqrar təhsil tarixini əks etdirən muzeylə tanış olublar.

31 may tarixində layihə iştirakçıları Süni Mayalanma Mərkəzinə səfər edib. Burada Mərkəzin fəaliyyət istiqamətləri, heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti və tətbiq texnologiyaları barədə ətraflı məlumat əldə ediblər.

Daha sonra layihə iştirakçıları Göygöl rayonunda keçirilən “Suveren və yaşıl dünyanın gələcək innovativ qurucuları” adlı forumda iştirak ediblər. Tədbir çərçivəsində layihə üzrə hazırlanmış startap məhsullarının sərgisi nümayiş etdirilib, innovativ yanaşmalarla hazırlanan layihələr iştirakçılar və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2025    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi