lider-media.az

Elektron kabineti olmayan sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndərilməsi imkanı yaradılıb

Tarix: 10-06-2025, 10:11

“Elektron Məhkəmə” İnformasiya Sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemi arasında həyata keçirilmiş inteqrasiya nəticəsində yeni funksionallıq istifadəyə verilib. Belə ki, elektron kabineti olmayan sahibkarlar barəsində məhkəməyə verilmiş iddia ərizəsi ilə bağlı onlara onlayn bildirişin göndərilməsi mümkün olub.

Kommersiya mübahisələri ilə bağlı məhkəməyə elektron qaydada təqdim olunan iddia ərizələri və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə göndərilir. Müvafiq şəxslərə bu barədə elektron poçt və SMS vasitəsilə məlumat verilir.

Əgər cavabdeh sahibkar “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyibsə, belə halda iddia ərizəsi ilə bağlı bildiriş və qeydiyyat qaydaları barədə ətraflı məlumat həmin şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə ötürülür və bu barədə məlumat elektron qaydada ona çatdırılır.  

Bu yenilik Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində həyata keçirilib.


  


 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2025    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi