lider-media.az

Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib

Baxış: 224 Tarix: 9-06-2025, 10:59

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistan Respublikasına səfər edib. 
Əvvəlcə Daşkənddə yerləşən Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
General-leytenant Namiq İslamzadə Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Şuhrat Xalmuxamedov və özbək həmkarı general-mayor A.Burxanov ilə görüşüb.
Keçirilən görüşlərdə hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycanın Özbəkistanla hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin "Çirçik" aerodromu və hərbi hissələrdən birini ziyarət edib, müəssisələrin fəaliyyəti və orada yaradılmış şəraitlə tanış olub.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub, suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi