lider-media.az

Akademik İsa Həbibbəyli Laçın kitabxanasına kitab hədiyyə edib

Baxış: 489 Tarix: 6-06-2025, 12:35

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Laçın rayonunda keçirilən “MDB mədəniyyət paytaxtı Laçın-2025” beynəlxalq tədbirlərində iştirak edib. O, tədbirlər zamanı Laçın rayonunun mərkəzi kitabxanasını da ziyarət edib. AMEA rəhbəri Akademiya tərəfindən nəşr edilən, həmçinin müəllifi olduğu bir neçə monoqrafik tədqiqat əsərini Laçının “Simurq” kitabxanasına hədiyyə edib. Kitabxana əməkdaşları dəyərli hədiyyəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlıqlarını bildiriblər. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid də iştirak edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi