lider-media.az

Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi iclası keçirilir

Baxış: 742 Tarix: 29-04-2024, 11:15

Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi iclası keçirilir

Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi iclası öz işinə başlayıb.

Lider-media.az “Alarabiya news” saytına istinadla xəbər verir ki, xüsusi iclasın açılışında çıxış edən Səudiyyə Ərəbistanının iqtisadiyyat naziri Feysəl bin Fadhil Əlibrahim bu görüşün dünyanın bir çox dəyişikliklərlə, o cümlədən, iqtisadiyyatın, cəmiyyətin və sənayenin misli görünməmiş problemlərlə və geniş imkanlarla üzləşdiyi bir vaxtda keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu gün qlobal iqtisadi əməkdaşlıq olduqca vacibdir.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende tədbiri Qəzzada humanitar vəziyyəti və digər mühüm regional, həmçinin beynəlxalq mövzuları nəzərdən keçirmək üçün mühüm hadisə kimi dəyərləndirib.

İclasda, həmçinin ekoloji problemlər, psixi sağlamlıq, rəqəmsal valyuta, süni intellekt, cəmiyyətdə incəsənətin rolu, müasir sahibkarlıq və ağıllı şəhərlərlə bağlı fikir mübadiləsi aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi