lider-media.az

Məktəb-icma münasibətləri media sahəsində çalışan valideynlərlə müzakirə olunub

Baxış: 173 Tarix: 29-04-2024, 10:42

“Ailəm və məktəbim” layihəsi çərçivəsində Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərlə görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihə çərçivəsində müxtəlif peşə sahiblərindən olan valideynlərin dəvət olunduğu görüşə növbəti dəfə media sahəsində çalışan valideynlər qatılıblar.

Görüşdə valideyn-məktəb münasibətləri, valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarə edilməsi prosesində iştirakının əhəmiyyəti, media savadlılığı, şagirdlərin peşə seçiminə dəstək, təhsil müəssisəsində baş verən hadisələrə media nümayəndələri tərəfindən həssas yanaşma, təhsilin, müəllimin nüfuzunun qorunması, uğurların təbliğinin əhəmiyyəti kimi məsələlərə toxunulub. Həmçinin media sahəsində çalışan valideynlər tərəfindən müvafiq mövzular üzrə digər valideynlər üçün maarifləndirici seminarlar keçirilməsi barədə danışılıb.

Daha sonra məktəbin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonda valideynlər təklif və fikirlərini səsləndirib, onları maraqlandıran məsələləri məktəb kollektivi ilə müzakirə ediblər.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən “Ailəm və məktəbim” layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi