lider-media.az

Polşa nümayəndə heyəti Hərbi İnstitutda

Baxış: 112 Tarix: 5-06-2025, 16:28

Ölkəmizdə səfərdə olan Polşa Respublikasının Yaroslav Dombrovski adına Hərbi Texnologiyalar Universitetinin ingilis dili müəllimlərindən ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. 
Səfər çərçivəsində qonaqlar institutun tarixi və fəaliyyəti ilə yaxından tanış olub, təhsil müəssisəsinin keçdiyi şərəfli yol barədə ətraflı təqdimat izləyiblər. Tədbir zamanı nümayəndələr institutda həyata keçirilən tədris prosesi, tədris proqramları və təlim sisteminin əsas istiqamətləri haqqında məlumatlandırılıblar. 
Görüşdə ingilis dili fənninin tədrisi ilə bağlı qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndələrin sualları ətraflı şəkildə cavablandırılıb.  Yekunda nümayəndə heyəti institutun muzeyi ilə də yaxından tanış olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi