lider-media.az

Aqrar Xidmətlər Agentliyi Yay Təcrübə Proqramı təşkil edir

Baxış: 116 Tarix: 5-06-2025, 15:17

Aqrar Xidmətlər Agentliyi (AXA) Yay Təcrübə Proqramı təşkil edir. Proqramda Aqronomiya və Baytarlıq ixtisası üzrə ali təhsilli mütəxəssislərin iştirakı nəzərdə tutulur. Təcrübə proqramının məqsədi aqrar sahədə kadr potensialını gücləndirməklə bilik və bacarıqları artırmaq, nəzəri bilikləri praktikaya çevirməklə yanaşı müvafiq sahədə karyera imkanları yaratmaqdır. Proqram çərçivəsində iştirakçılar aqrar sahədə tətbiq edilən yeni innovativ texnologiyalarla tanış olacaqlar. Təcrübəni uğurla başa vuran iştirakçıların müsahibə yolu ilə işə qəbulunun dəyərləndirilməsi nəzərdə tutulur.

Yay Təcrübə Proqramı 2025-ci il iyul ayının 1-dən sentyabr ayının 1-dək davam edəcək. İki aylıq proqramda sahə üzrə texniki və nəzəri biliklərə malik, aktiv, təşəbbüskar və öyrənməyə həvəsli Aqronomiya və Baytarlıq ixtisaslarını bitirmiş ali təhsilli mütəxəssislər iştirak edə bilər. Proqram AXA-nın rayon (şəhər) idarələrində keçiriləcəkdir. Proqramda iştirak üçün son müraciət tarixi 25 iyun 2025-ci ildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi