lider-media.az

Çaylarda müşahidə olunan faktiki vəziyyət

Baxış: 286 Tarix: 5-06-2025, 09:37

Çaylarda müşahidə olunan faktiki  vəziyyət
Avtomat hidroloji stansiyaların iyunun 5-i saat 9:00-a olan məlumatına əsasən əksər çaylarda sululuq artıb.Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində hazırda Tovuz rayonu ərazisindən axan Zəyəmçay çayından sel keçir. Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Kiçik Qafqaz ərazisindən axan
Kürəkçayda 10 sm, Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 26 sm, Oxçuçay və Həkəriçayda 3 sm, Tərtərçay və Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 50 sm, Kür-Surrada 23 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankədə 6 sm, Kür-Salyanda 4 sm, Kür-Yevlaxda 2 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 3 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 10 sm artıb, su sərfi 143 m3/san olmaqla normanın 73%-ni təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi