lider-media.az

Çaylarda müşahidə olunan faktiki vəziyyət

Baxış: 33 Tarix: 15-05-2025, 10:18

Çaylarda müşahidə olunan faktiki vəziyyət
Avtomat hidroloji stansiyaların mayın 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. 
Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan və Şəki rayonu ərazisindən axan Damarçın çayından sel keçir. Böyük Qafqaz ərazisindən axan Əyriçayda 116 sm, Vəlvələçayda 18 sm, Katexçayda 16 sm, Qudiyalçayda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 3 sm, Kürəkçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tutqunçay və Oxçuçayda 3 sm, Araz çayının yuxarı axınında 37 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 19 sm artıb, su sərfi 653 m3/san olmaqla normanın 87%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 56 sm artıb, su sərfi 270 m3/san olmaqla normanın 133%-ni təşkil edir.
Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi