lider-media.az

Çaylardan sel keçib

Baxış: 79 Tarix: 14-05-2025, 10:04

Çaylarda müşahidə olunan faktiki vəziyyət
Avtomat hidroloji stansiyaların mayın 14-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.  Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.
Böyük Qafqaz ərazisindən axan Əyriçayda 36 sm, Katexçayda 22 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 12 sm, Əsrikçayda 8 sm, Zəyəmçay və Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 25 sm, Tərtərçay-Vəngdə 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb. Transsərhəd çayı olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 12 sm artıb, su sərfi 575 m3/san olmaqla normanın 77%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 10 sm artıb, su sərfi 188 m3/san olmaqla normanın 93%-ni təşkil edir.
Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi