lider-media.az

Çaylarda müşahidə olunan faktiki vəziyyət

Baxış: 2 Tarix: 7-05-2025, 11:54

Çaylarda müşahidə olunan faktiki vəziyyət
Avtomat hidroloji stansiyaların mayın 07-si saat 9:00-a olan məlumatına əsasən yağan leysan xarakterli intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 53 sm, Pirsaatçay, Vəlvələçayda 4 sm, Əyriçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 6 sm, Kür çayının aşağı axımında Kür-Surrada 46 sm, Kür-Zərdabda 20 sm, Araz çayının yuxarı axımında isə 34 sm artım qeydə alınıb.
Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 16 sm artıb, su sərfi 773 m3/san olmaqla normanın 107%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 34 sm artıb, su sərfi 284 m3/san olmaqla normanın 143%-ni təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi