lider-media.az

“Deloitte” şirkəti ilə tərəfdaşlığın inkişafı müzakirə olunub

Baxış: 407 Tarix: 4-06-2025, 21:05

“Deloitte” şirkəti ilə enerji keçidinə və innovasiyalara dair əməkdaşlıq imkanları nəzərdən keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov “Deloitte” şirkətinin qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porter ilə görüşüb.

Görüşdə Azərbaycanın strateji inkişaf prioritetləri, ölkəmizin təmiz enerji sahəsində təşəbbüsləri və regional layihələrdə artan rolu haqqında məlumat verilib. SOCAR-ın beynəlxalq miqyasda genişlənmə strategiyasına dəstək üzrə “Deloitte” ilə uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib.

Tərəflər qlobal enerji keçidində trendlər, sənayedə dayanıqlılıq və karbonsuzlaşma təşəbbüsəri, həmçinin innovasiyaların tətbiqi ilə bağlı müzakirələr aparıb, əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi