lider-media.az

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Baxış: 126 Tarix: 28-04-2024, 15:19

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyə və Yunanıstan Meriç çayı ərazisində iki ölkənin nəzarət-buraxılış məntəqələrini birləşdirən yeni körpünün tikintisi ilə bağlı razılığa gəliblər.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni 811 metrlik dörd zolaqlı körpünün inşasına bu il başlanacaq. Konstruksiya, 1958-ci ildə tikilmiş köhnə iki zolaqlı körpü ilə yanaşı fəaliyyət göstərəcək.

Türkiyənin Yunanıstan ilə həmsərhəd olan Edirne əyalətinin qubernatoru Yunus Sezer bildirib ki, mövcud körpü artıq Türkiyənin artan beynəlxalq ticarət həcminin öhdəsindən gələ bilmir və bununla əlaqədar iki ölkənin hakimiyyət orqanları tərəfindən yeni nəqliyyat layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

İnşaat işləri hər iki tərəfindən maliyyələşdiriləcək ki, bu da Türkiyə ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında yük və sərnişin axınını sürətləndirəcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi