lider-media.az

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyulur

Baxış: 229 Tarix: 4-06-2025, 15:12

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub.Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

“Havaların qeyri-sabit keçm əsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.  Bununla əlaqədar şəxsi heyətin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə xüsusilə adaptasiya dövründə olan gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Hərbi hissələrdə komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlər görülür, bütün növ təminat yüksək səviyyədə təşkil olunur.

İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, qarşıdan gələn Qurban bayramı və istirahət günlərində hərbi hissələrə gəlməməyi xahiş edirik”, - məlumatda deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi