lider-media.az

Laçında MDB ölkələrinin şirniyyat masası təqdim olunub

Baxış: 219 Tarix: 4-06-2025, 11:35

İyunun 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirinin rəsmi açılış mərasimi çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən MDB ölkələrinin şirniyyat masası təqdim edilib.
 “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı üzrə Tədbirlər Planına müvafiq olaraq təqdim olunan şirniyyat masasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya, Özbəkistan və Tacikistanın usta qənnadçılarının təklif etdiyi menyu çeşidləri sərgilənib. Usta qənnadçıların təqdimatında MDB ölkələrinin klassik qənnadı məmulatları ilə yanaşı, həmin məhsulların hazırlandığı biomüxtəliflik nümunələri də nümayiş olunub, ziyarətçilərə bu məhsulların hazırlanma üsulları ilə bağlı məlumat verilib. Tədbirdə Azərbaycan milli şirniyyatları UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilən Azərbaycanın çay mədəniyyəti mərasimi ilə birgə təqdim olunub.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi