lider-media.az

Səhiyyə Nazirliyinin Qurban bayramı və istirahət günlərində müxtəlif respirator xəstəliklərdən qorunmağa dair ƏHALİYƏ MÜRACİƏTİ

Baxış: 111 Tarix: 4-06-2025, 09:49

Səhiyyə Nazirliyinin Qurban bayramı və istirahət günlərində müxtəlif respirator xəstəliklərdən qorunmağa dair ƏHALİYƏ MÜRACİƏTİ

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verir:

  • Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;
  • Əl gigiyenasına ciddi riayət edin;
  • Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;
  • Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.

Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi