lider-media.az

bp ilə əməkdaşlığın inkişafı müzakirə edilib

Baxış: 104 Tarix: 3-06-2025, 12:41

İqtisadiyyat Nazirliyində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə keçirilən görüşdə birgə layihələrdə səmərəliliyin artırılması, innovativ texnologiyaların tətbiqi müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf 30-cu Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.

bp-nin Azərbaycanın enerji sektorundakı uzunmüddətli fəaliyyəti, həmçinin bərpaolunan enerji layihələrində iştirakı vurğulanıb. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr barədə məlumat verilib.

Görüşdə bp-nin Azərbaycanda həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması müzakirə edilib. İnnovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi imkanları və  bu sahədə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi