lider-media.az

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

Baxış: 1 349 Tarix: 27-04-2024, 22:02

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

Mayın 3-də Ankarada Qərbi Azərbaycanın mədəni-tarixi irsinə, eləcə də iki qardaş ölkənin strateji əməkdaşlığının genişlənməsi yollarının müzakirəsinə həsr olunan Türkiyə-Azərbaycan forumu keçiriləcək.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ankara Şəhər Şurasının binasında keçiriləcək tədbirin təşkilatçıları sırasında Türkiyə İnternet Media Birliyi (TİMBİR) də yer alır.

Forum çərçivəsində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mətbuat Şurası, Ankara Şəhər Şurası, TRT telekanalının təmsilçilərinin, elm adamlarının iştirak edəcəyi iki sessiya planlaşdırılıb.

Türkiyə İnternet Media Birliyi Türkiyənin 817 müxtəlif media strukturunu birləşdirir. TİMBİR-in dünyanın 20 ölkəsində nümayəndəliyi var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi