lider-media.az

"Miss World" gözəllik müsabiqəsinin qalibi kimdir? 

Baxış: 902 Tarix: 3-06-2025, 10:19

Hindistanın Haydarabad şəhərində keçirilən 72-ci “Miss World” yarışmasının qalibi bəlli olub. 
Lider-media.az xəbər verir ki, Tailand təmsilçisi, 22 yaşlı Opal Suçata Çuangsri ən gözəl qadın seçilib. O, 108 iştirakçı arasından seçilərək bu tutula layiq görülüb. 
Qeyd edək ki, müsabiqənin final mərhələsi Hindistanın Telanqana əyalətinin Heydərabad şəhərində keçirilib.
Artıq 72-ci dəfə keçirilən gözəllik müsabiqəsində tacı qalibə əvvəlki “dünya gözəli”, çexiyalı Kristina Pışkova təhvil verib.
“Miss World 2025” yarışmasının finalında ikinci yerə Efiopiya təmsilçisi Hasset Dereje Admassu, üçüncü yerə Polşa, dördüncü yerə isə Martinika nümayəndəsi layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi