lider-media.az

Azərbaycanın Müstəqillik Gününü ABŞ-da qeyd edilib

Baxış: 117 Tarix: 3-06-2025, 09:16

ABŞ-dakı azərbaycanlı icmanın iştirakı ilə Vaşinqton şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib.  Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkil etdiyi tədbirdə ABŞ-ın müxtəlif ştatlarından 200-ə yaxın icma üzvü, xarici qonaqlar iştirak ediblər.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, ABŞ-da yaşayan azərbaycanlı icması çox fəaldır və hər zaman bir-birinin yanındadırlar. O, səfirliyin də hər zaman onların yanında olduğunu deyib. Səfir ABŞ - Azərbaycan münasibətlərinin də inkişaf etdiyini deyərək, bunun Azərbaycan diplomatiyasının uğuru olduğunu diqqətə çatdırıb. O, eyni zamanda icmanın bir çox istiqamətlərdə gördüyü uğurlu işləri qeyd edib. Səfir, həmçinin ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayının daha da artdığını vurğulayıb. Diplomat icma üzvlərinin amerikalı dostları və ailələrinin də tədbirə qatıldığını deyərək, onların Azərbaycanın inkişafının, dövlətçilik ənənələrinin, mədəniyyətinin şahidi olduqlarını vurğulayıb.

Daha sonra tədbirdə azərbaycanlı uşaqlar Rəşid Behbudovun “Azərbaycan” mahnısını ifa ediblər. Daha sonra Azərbaycanın milli musiqilərinin səsələndirildiyi konsert proqramı təşkil olunub. Tədbir icma üzvlərinin birgə “Yallı” rəqsi ifa etməsi ilə yekunlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi