lider-media.az

Türkiyədə güclü zəlzələ

Baxış: 174 Tarix: 3-06-2025, 08:11

Aralıq dənizinin Türkiyə sahilində 5,8 maqnitudalı zəlzələ olub. Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. Zəlzələnin episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə qeydə alınıb. Aralıq dənizində baş verən zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib. Zəlzələ İzmir və Antalyada da hiss edilib. İnsanlar küçələrə axışıb. Muğla şəhərinin valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb. Ölən şəxsin 14 yaşlı yeniyetmə olduğu bildirilir. Bundan əlavə, Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi