lider-media.az

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Baxış: 705 Tarix: 27-04-2024, 11:54

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə həmin ölkədə səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib ki, səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.

Həmçinin təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədilə keçirilən dəniz məşqlərində iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi