lider-media.az

Bakıda Azərbaycan və Türkiyənin qadın vəkilləri arasında futbol matçı keçirilib

Baxış: 5 Tarix: 1-06-2025, 16:29

Bakıda Azərbaycan və Türkiyənin qadın vəkilləri arasında futbol matçı keçirilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) qadın vəkil və hüquqşünaslardan ibarət “Legal Eagles” futbol komandası ilə Türkiyə Barolar Birliyinin Ankara Barosunun qadın vəkillərdən ibarət eyniadlı kollektivi arasında yoldaşlıq görüşü keçirib.

Vəkillər Kollegiyasındanverilən məlumata görə, “QOLAT Sport Services” şirkəti tərəfindən Bakı şəhərində təşkil edilən görüşdən əvvəl VK Rəyasət Heyətinin üzvü Elçin Usub “Legal Eagles” futbol komandası haqqında iştirakçılara məlumat verib, belə təşəbbüslərin vəkillər arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

O qeyd edib ki, hüquqşünas qadınların həm peşəkar fəaliyyətdə, həm də ictimai və sosial sahələrdə fəal iştirakı cəmiyyətimiz üçün müsbət nümunədir.

VK-nın sədr müavini Pərviz Ələkbərov isə bu cür yoldaşlıq oyununun qarşılıqlı əməkdaşlığın güclənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Sədr müavini qadınların bu sahədəki fəallığını yüksək qiymətləndirərək diqqətə çatdırıb ki, komandaların görüşü yalnız idman deyil, həm də peşəkar həmrəyliyin, dostluğun və qarşılıqlı anlayışın təcəssümüdür.

Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışı zamanı görüşdə iştirak edən hər iki komandanın üzvlərinə təşəkkür edərək onlara uğurlar arzulayıb və bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyinə inandığını söyləyib.

O qeyd edib ki, hüquq sahəsində çalışan qadınların bir araya gələrək idman vasitəsilə ünsiyyət qurması, təcrübə mübadiləsi aparması, yeni dostluqların yaranması çox dəyərlidir.

“Legal Eagles” komandasının kapitanı Aynur Hüseyn bu cür görüşlərin qadın vəkillərin həmrəyliyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını dilə gətirib.

“Ankara Barosu” komandasının kapitanı Dərya Çağılıyan isə Azərbaycanda bu cür səmimi qarşılanmaqdan məmnunluq duyduğunu ifadə edib, vəkil qadınlar arasında əməkdaşlığın və dostluğun idman sahəsi vasitəsilə gücləndirilməsinin sevindirici hal olduğunu söyləyib.

O, bu görüşün Türkiyə və Azərbaycan vəkilləri arasında möhkəm dostluq körpüsü qurduğunu bildirib və gələcəkdə də qarşılıqlı səfərlərin və oyunların davam etməsini arzulayıb.

“Legal Eagles” komandasının rəhbəri Mehriban Məmmədova isə deyib ki, bu təşəbbüs yalnız idmanla məşğul olmaq deyil, həm də həmrəyliyin, komanda ruhunun, fiziki və psixoloji sağlamlığın təşviqinə yönəlib. Komanda rəhbəri bu cür təşəbbüslərin qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Sonra qarşılaşmaya start verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Yekunda qaliblərə medallar və mükafatlar təqdim edilib.

Görüşün ən yaxşı oyunçusu “Ankara Barosu” komandasının üzvü Qamze Bezan, matçın ən yaxşı qapıçısı isə “Legal Eagles” komandasının üzvü Tünzalə Hacıyeva seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi