lider-media.az

Azərbaycan Kubokunun qalibi olan "Sabah" komandası mükafatlandırılıb

Baxış: 485 Tarix: 31-05-2025, 22:55

Futbol üzrə Azərbaycan Kubokunun qalibi olan "Sabah" komandası mükafatlandırılıb.

Medalları AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

İlk olaraq Misli Premyer Liqasının bombaridi olan "Qarabağ"ın oyunçusu Leandro Andradeyə mükafat təqdim edilib.

Ardınca ölkə kubokunun finalçısı "Qarabağ"a gümüş medallar verilib. Sonra qalib "Sabah"ın üzvlərinə medallar və kubok təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi