lider-media.az

FHN tərəfindən şəhid övladları üçün “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” tədbirləri keçirilib

Baxış: 311 Tarix: 31-05-2025, 14:52

Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhid övladları üçün “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə silsilə “açıq qapı günü” tədbirləri keçirilib. Növbəti belə tədbir Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra uşaqlar Akademiyanın Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin xilasediciləri və yanğınsöndürənləri tərəfindən yanğın-xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim onlarda böyük marağa səbəb olub. Tədbir FHN-in İdman-sağlamlıq klubunun bazasında bədii hissə və klubun idmançılarının nümunəvi çıxışı ilə davam etdirilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Qeyd edək ki, şəhid övladları üçün “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” tədbirləri Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində və FHN-in regional mərkəzlərində də keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi