lider-media.az

Məşhur "Haribo" marmeladlarında narkotik maddə aşkarlanıb

Baxış: 267 Tarix: 30-05-2025, 20:08

Niderlandda məşhur "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkar edilib.

Lider-media.az KİV-ə istinadən xəbər verir ki, onu yeyənlər özlərini pis hiss edib.

Məsələ ilə bağlı Niderland Ərzaq və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) araşdırma aparıb.

Müayinələrdə konfetlərdən götürülmüş nümunələrdə narkotik maddələrin olduğu təsdiqlənib. NVWA-nın sözçüsü, dərmanın indiyə qədər üç paketdə tapıldığını, lakin “Haribo”nun bütün məhsullarını geri çağırdığını söyləyib.

Bu paketlərin son istifadə tarixi 2026-cı ilin yanvarı olaraq göstərilib. İndiyə qədər nə qədər insanın təsirləndiyi məlum deyil.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) KİV-ə verilən məlumatda bildirilib ki, həmin məhsul partiyasının Niderlandda satışının qadağan edilməsi və geri çağrılması ilə bağlı yayılmış məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb:

"Uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi