Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mayın 30-da “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının ev sahibliyi ilə Rusiyanın Perm şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 43-cü iclasında iştirak edib. Tədbiri giriş nitqi ilə açan ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq DK-nın 42-ci iclasından ötən dövrdəki fəaliyyətinə nəzər salıb, görülən işləri diqqətə çatdırıb.
İclas iştirakçıları Özbəkistanın hakim Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal-Demokratik Partiyası və ölkənin ikinci böyük partiyası olan Özbəkistan Milli Dirçəliş Demokrat Partiyasının Daimi Komitənin üzvlüyünə qəbul edilməsi məsələsini dəstəkləyiblər.
İclasda çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ICAPP DK-nın 44-cü iclası və təşkilatın nəzdindəki qurumlardan birinin növbəti tədbirinə Yeni Azərbaycan Partiyasının ev sahibliyi etməsi ilə bağlı ICAPP rəhbərliyinin müraciətinin müsbət qarşılandığını qeyd edərək ICAPP üzvlərini 2025-ci il 16-19 oktyabr tarixlərində Bakıda keçiriləcək DK-nın 44-cü və Asiya Mədəniyyət Şurasının 4-cü iclaslarında iştiraka dəvət edib.
İclasda daha sonra qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.


YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib
Milli Məclisin iclasında
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Tahir Budaqov YAP İdarə Heyətinin iclasını keçirdi - FOTOLAR
Milli Məclisin 2025-ci ilin yaz sessiyası başa çatıb
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı