lider-media.az

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüş keçirilib

Baxış: 352 Tarix: 30-05-2025, 21:09

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.

Görüşdə işgüzar dairələr arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub. Azərbaycanın əlverişli biznes ve investisiya mühitinin Alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsinə yaratdığı imkanlar diqqətə çatdırılıb. Tərəflər həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı biznes və ticarət əlaqələrinin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsi, AZPROMO və Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən “Azərbaycan və Almaniya şirkətləri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi üzrə yol xəritəsi” imzalanıb.

Qeyd edək ki, sənədin icrası ikitərəfli iqtisadi-ticarət və investisiya əməkdaşlığının gücləndirilməsini, birgə təşəbbüslərin reallaşdırılmasını stimullaşdıracaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi