lider-media.az

Baş Prokurorluğun əməkdaşı Qarabağ Universitetinin tələbələri ilə görüşüb

Baxış: 279 Tarix: 30-05-2025, 16:26

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru Ənvər Nəbiyev Qarabağ Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirib.

Görüş çərçivəsində Ənvər Nəbiyev “Kriminalistikaya giriş” mövzusunda mühazirə ilə çıxış edərək tələbələrə kriminalistikanın əsas anlayışları, müasir texnologiyaların cinayətlərin açılmasında rolu, sübutların toplanması və təhlili üsulları, eləcə də hüquq-mühafizə orqanlarında tətbiq edilən qabaqcıl metodlar barədə ətraflı məlumat verib.

Mühazirə zamanı tələbələr tərəfindən verilən suallar cavablandırılıb, cinayət işlərinin istintaqında qarşıya çıxan aktual məsələlər müzakirə olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd tələbə hüquqşünasların kriminalistika sahəsində nəzəri biliklərini artırmaq və onları praktiki təcrübə ilə tanış etməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi