lider-media.az

Şirvanda 1 - İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub

Baxış: 67 Tarix: 30-05-2025, 16:43

Mayın 30-da Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Təhsil İdarəsi və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, valideynlər və şagirdlər iştirak ediblər. Tədbirdə öncə məktəblilərin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə və müxtəlif peşə stendlərinə baxış keçirilib. Tədbir Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonun ümumtəhsil məktəblilərinin ifasında rəngarəng konsert programı ilə davam edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi