lider-media.az

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Baxış: 343 Tarix: 26-04-2024, 23:34

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası Ağdam rayonunun Quzanlı qəsəbəsində təşkil olunub.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Olimpiya İdman Kompleksində Qarabağ Regional Məşğulluq filialının, Ağdam Rayon İcra Hakimiyyətinin və işəgötürənlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. Yarmarkada işsiz və işaxtaran şəxslərə 14 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 222 vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub. Onlar arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də var. Həmçinin tədbirdə işsiz və işaxtaran şəxslər digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi