lider-media.az

MDB-nin iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasında

Baxış: 88 Tarix: 30-05-2025, 15:03

Mayın 30-da Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının (MDB GPA) videokonfrans formatında 24-cü iclası keçirilib. Tədbirdə MDB GPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib. O, “Gənclərin sosial problemlərinin həlli - MDB-nin iştirakçısı olan dövlətlərin təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verib. Onlayn iclasda, həmçinin “MDB-yə üzv dövlətlərdə gənclərin iştirakı ilə nəqliyyat infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “2025-ci ildə MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə əsas layihələri”, “IX Sankt-Peterburq Beynəlxalq Gənclər Əmək Forumunun nəticələri” və digər mövzular üzrə məruzələr dinlənilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi