lider-media.az

Gələn həftə Xankəndidə əmək yarmarkası keçiriləcək

Baxış: 257 Tarix: 30-05-2025, 12:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı Xankəndi şəhərində əmək yarmarkası keçirəcək. Tədbir 4 iyun 2025-ci il tarixdə, saat 11:00-da filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) təşkil olunacaq.  

“Qoç ət” Kəndli Fermer Təsərrüfatı” MMC-nin dəstəyi ilə keçiriləcək yarmarkada Xocalı rayonu üzrə həmin müəssisəyə aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və s. iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub. Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi