lider-media.az

Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Baxış: 4 Tarix: 29-05-2025, 19:11

Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyası arasında tədris və elmi-tədqiqat sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.

Sözügedən memorandum 2024-cü ildə Bakıda keçirilmiş Türk Ədliyyə Təlim Şəbəkəsinin konfranslarında yaranmış işgüzar əlaqələrin davamı olaraq, Türk Dövlətləri Birliyinə üzv ölkələrin ədliyyə və prokurorluq sahəsində əməkdaşlığının genişlənməsinə xidmət edir.

Azərbaycan nümayəndə heyəti – Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov və şöbə rəisi Əmir Ocaqverdiyev – Qazaxıstanın paytaxtı Astana şəhərində Ali Məhkəmə Şurasının fəaliyyəti ilə tanış olub, Şuranın və Ədalət Akademiyasının rəhbərliyi ilə görüş keçiriblər.

Tədbirdə çıxış edən Talıb Cəfərov bildirib ki, Azərbaycan və Qazaxıstanı təkcə mehriban qonşuluq və dostluq deyil, həm də ortaq tarixi və qan qohumluğu birləşdirir. O, bu münasibətlərin qorunması və möhkəmləndirilməsində hər iki ölkənin ali rəhbərliyinin böyük rolunu vurğulayıb. Həmçinin, 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılmış Türk Dövlətləri Təşkilatının türkdilli dövlətlərin birliyini gücləndirmək məqsədi daşıdığını qeyd edib.

Görüş zamanı Azərbaycan Prokurorluğunda aparılan islahatlar, tətbiq edilən innovativ yanaşmalar və onların nəticələri barədə ətraflı məlumat verilib. Xüsusilə, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə həyata keçirilən dəyişikliklərin müsbət təsirləri diqqətə çatdırılıb.

Tədbirin sonunda tərəflər tədris sahəsində təcrübə mübadiləsi aparmaq barədə razılığa gəlib və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi