lider-media.az

Baş Prokurorluğun nümayəndələri Türk Ədliyyə Təlim Şəbəkəsinin Beynəlxalq Konqresində iştirak edib

Baxış: 1 Tarix: 29-05-2025, 18:08

Mayın 22-dən 23-dək özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin hakim və prokurorların akademiya və tədris mərkəzlərini birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin “Müasir dünyada qanun, hüquq və ədalət” adlı beynəlxalq konqresi keçirilib.

Qeyd edək ki, 2022-ci ildə İstanbulda təsis edilmiş bu təşkilatda Azərbaycanı Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edir. Ötən il Azərbaycan tərəfinin sədrliyi ilə Bakıda beynəlxalq konfranslar və digər tədbirlər uğurla təşkil olunub.

Konqresdə iştirak edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov çıxışında ölkə rəhbəri İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda təhlükəsizlik mühitinin yüksək səviyyədə formalaşdığını, Azərbaycan ədliyyə və hüquq sisteminin qabaqcıl dövlətlərlə bir sırada olduğunu vurğulayıb. O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə təhsil sahəsində görülən genişmiqyaslı işlər və Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluqda aparılan islahatlar, elmi-tədqiqat fəaliyyətləri və kadr hazırlığında əldə olunan nailiyyətlər barədə iştirakçıları məlumatlandırıb.

Konqresin panel sessiyasında Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev “Türk Dövlətləri Təşkilatının üzv ölkələrində transmilli təhlükələrə qarşı mübarizə” mövzusunda çıxış edərək Azərbaycanda bu sahədə görülən qabaqlayıcı tədbirlərdən danışıb.

Tədbirin sonunda Talıb Cəfərov beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı barədə yerli televiziya kanallarına müsahibə verib.

Səfər müddətində konqres iştirakçıları Qazaxıstan Respublikası Baş Prokurorluğunun, Ali və Konstitusiya Məhkəmələrinin rəhbərliyi ilə görüşlər keçirib, Astananın abidə və muzeyləri ilə tanış olublar. Həmçinin Qazaxıstan Respublikası Baş Prokurorluğu yanında Hüquq-mühafizə Orqanlarının Akademiyasının 10 illik yubileyində iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi