Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz və Gədəbəy rayonlarını əhatə edən və 13 yaşayış məntəqəsini birləşdirən Çatax–Çeşməli–Mollalar–Məşədivəlilər–Həsənli–Abbasqulular–Papaqçılar–Güvəndik–Lazılar–Novosaratovka marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
Layihə çərçivəsində ümumi uzunluğu 24.6 kilometr olan avtomobil yollarının əsaslı şəkildə bərpası həyata keçirilir. Uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Xüsusilə payız-qış mövsümündə dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələri ilə nəqliyyat əlaqəsində çətinliklər yaranırdı.
Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, yol infrastrukturunun təkmilləşdirilməsi və əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə sözügedən yolların yenidən qurulmasına başlanılıb. Layihə üzrə avtomobil yolları IV, bəzi sahələrdə isə V texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur.
Hazırda layihənin Çatax–Çeşməli–Novosaratovka istiqamətində torpaq işləri, yolun hamarlanması və normativ enə salınaraq genişləndirilməsi işləri həyata keçirilir. Bu mərhələdən sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Eyni zamanda, yolboyu suların ötürülməsi məqsədilə zəruri nöqtələrdə suötürücü boruların quraşdırılması da layihə çərçivəsində nəzərdə tutulub.
Qeyd edək ki, layihənin başlanğıc – 1-ci kilometr hissəsində yerləşən mövcud körpünün sökülməsi və əvəzində bir aşırımlı yeni körpünün inşası planlaşdırılır.
Yenidənqurma işlərinin yekun mərhələsində hərəkətin təhlükəsiz və nizamlı təşkili üçün yol nişanlarının və kilometraj göstəricilərinin quraşdırılması, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulub.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş iş qrafikinə əsasən sürətlə və keyfiyyətlə həyata keçirilir. Layihənin vaxtında və tələb olunan standartlara uyğun icrası məqsədilə əraziyə lazımi texnika və canlı qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...







Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?